Amerikalı alimlər: Yaxşı qonşusu olanın infarkt olmaq riski azdır

Amerikalı alimlər: Yaxşı qonşusu olanın infarkt olmaq riski azdır

Amerikada aparılan araşdırmalar nəticəsində məlum olub ki, sosial çevrəsi ilə münasibətləri yaxşı olanların infarkt riski digərləri ilə müqayisədə daha azdır. "Epidemiology and Community Health" adlı jurnalda yayımlanan araşdırma yazısında bildirilir ki, yaşı 50-dən çox olan beş min amerikalı 4 il ərzində izlənilib. Araşdırma başlayarkən təcrübədə iştirak edən şəxslərlə danışılıb və sosial çevrələri ilə bağlı suallar verilib. 4 il sonra təcrübəçilərin ürək problemlərini yoxlayan Miçiqan Universitetinin mütəxəssisləri sosial münasibətləri yaxşı olan adamların infarkt riskinin daha az olduğunu deyiblər. Alimlərin sözlərinə görə, qonşuları ilə münasibətləri yaxşı olan daha çox şansa sahibdirlər. Belə ki, qonşuları ilə münasibətləri daha yaxşı olan tez-tez görüşüb, dərdləşirlər. Beləliklə infarkt olma riskləri daha da azalır.

Bütün xəbərlər Facebook səhifəmizdə