Yeni yaradılan TEV-1 ilk portal avtobusunun Çində sınağı keçirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, avtobus-portal 22 metr uzunluğa, 7.8 metr enə və 4.8 metr hündürlüyə malikdir. Sınaq zamanı TEV-1 xüsusi avadanlıqlarla təchiz olunmuş yoldan keçib. Belə ki, portal avtobusu yol kənarlarında onun üçün qurulan relslərin üzərindən sürüşərək hərəkət edir. Onun hərəkəti digər avtomobillərə mane olmur. Çünki digər avtomobillər avtobusun altından rahat keçə bilirlər. TEV-1 300 şərnişin üçün nəzərdə tutulub.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB