Moskvaətrafı ərazidə yerləşən muzeylərin birində SS reyxsfüreri Henrix Himmlerə məxsus əlyazmalar və məktublar müəyyən edilib və yaxın zamanlarda ictimai rəyə təqdim edilmək üçün dərc olunacaq. SİA xəbər verir ki, bu barədə Almaniyanın bild.de saytı yazır. Bildirilir ki, gündəlikdə Hitler Almaniyasının "ölüm düşərgəsi" yaradıcısı və təşkilatçısının şəxsi həyatının detalları barədə qeydlər var. Məsələn, Himmlerin səhər saatları vaxtı özünü massaj etdirməsi, ondan sonra isə 10 nəfər polşalını güllələtdirməsi barədə yazdığı qeydlər var. O, yazır ki, həmin gün Buxenvaldda - 10 minlərlə yəhudinin öldürüldüyü nasistlərin ölüm düşərgəsində yaxşıca yemək yeyib.
Gündəliklər Almaniya tarix institunun alimləri ilə birgə Moskvada nəşr ediləcək. Hadisələr 1938-ci, 1943-cü və 1944-cü illəri əhatə edir. Əlyazmalar Rusiya müdafiə nazirliyinin Podolskda yerləşən arxivində tapılıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB