Uzun müddət davam edən araşdırmalardan sonra mütəxəssislər insanların kökəlməsinə səbəb olan amilləri müəyyənləşdiriblər. Mütəxəssislərin fikrincə, kökəlməyə səbəb olan səbəblərdən biri yay aylarında vaz keç bilmədiyimiz kondisionerlərdir. Belə ki, kondisionerlərin yaydığı "Adenovirus 36" adlı virus nəfəs yolları vasitəsi ilə yoluxur və daha çox azyaşlı uşaqlarda kökəlmə xəstəliyi yaradır.
Yuxusuzluq kökəlməyin önəmli səbəblərindən biridir. Yuxusuzluq yuxu və yemək hormonlarına təsir etdiyindən insan gün ərzində daha çox yemək yeyir və az hərəkət edir.
Boğazdakı artıq ətlərin kəsilməsi də kökəlməyə birbaşa təsir edir. Çünki bu əməliyyatı keçirən adamların iştahası açılır və çox yeməyə başlayırlar.
İnsanları genləri də kökəlmə problemi üçün önəmli faktorlardandır. Depressiya, diabet, təzyiq və bel ağrıları üçün içilən dərmanlar da kökəlməyə səbəb olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB