Diqqət: Kofe qaraciyəri üç xəstəlikdən qoruyur

Diqqət: Kofe qaraciyəri üç xəstəlikdən qoruyur

Kofe ilə bağlı alimlər daha bir yeni məlumatı açıqlayıblar. Alimlərin müəyyənləşdirdiklərinə görə, müntəzəm kofe içən insanlar qaraciyəri üç xəstəlikdən qorumuş olur. "Health-ua.org" saytı xəbər verir ki, "British Liver Trust" qeyri-hökumət təşkilatının hesabatı açıqlanıb. Bu təşkilat qaraciyər xəstəlikləri və onların qarşısının alınması və müalicə effektivliyinin artırılması ilə məşğul olur.

83 səhifəlik sənədin müəllifləri iddia edir ki, müntəzəm kofe içmək orqanizmi qaraciyərin qeyri-alkoqollu piylənməsi (NAFLD), qaraciyər fibrozu və sirroz kimi təhlükəli xəstəliklərdən qoruyur. Bundan əlavə, qəhvə içmək sayəsində bu xəstəliklərdən əziyyət çəkən insanlarda xəstəliyin inkişafı dayanır. Lakin ətirli içkinin həvəskarları unutmamalıdır ki, kofeinin sutkalıq dozası 400 milliqramdır. Yəni gün ərzində 5 fincan "espresso" içmək kifayətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə