Məktəbdə uşaq stresinin səviyyəsi müəllimlərin psixoloji durumundan asılıdır. Müəllimlər yuxarı siniflərlə işləməkdən bəzən çox yorulurlar. "Nauka.com" saytı xəbər verir ki, Kanadada Britaniya Kolumbiyası Universitetinin alimləri müəyyən ediblər ki, əgər uşaqlarla gərgin emosional duruma malik müəllim məşğul olursa, onda şagirdlər böyük stresə məruz qalırlar. Müvafiq durum kortizol hormonunun miqdarı ilə bağlıdır. Ekspertlər IV-VII sinif şagirdlərinin ağız suyunda bu hormonun səviyyəsini yoxlayıblar. Məlum olub ki, müəllimin əhval-ruhiyyəsi ilə uşaqların vəziyyəti arasında birbaşa asılılıq var.
Mütəxəssislər qeyd edirlər ki, aşağı əməkhaqqı və əlverişsiz iş şəraiti işçinin psixoloji durumuna təsir edir. Bu, yuxarı sinif şagirdləri ilə işləyən müəllimlərdə xüsusilə müşahidə olunur. Həmçinin öyrənmə qabiliyyəti aşağı olan uşaqlarla işləməyi də qeyd etmək lazımdır. Buradan belə nəticə çıxır ki, stres insanları kabinetdə bir-birinin ardınca yoluxduraraq "zəncir üzrə" ötürülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB