Amerikalı alimlər Zika virusu əleyhinə vaksinin sınaqlarına başlayacaqlar

Amerikalı alimlər Zika virusu əleyhinə vaksinin sınaqlarına başlayacaqlar

Amerikalı alimlər Zika virusu əleyhinə vaksinin sanaqlarının keçirilməsinə hazır olduqlarını, artıq birinci mərhələnin yaxın həftələrdə baş tutacağını bildiriblər. ABŞ-ın Allergiya və Yoluxucu Xəstəliklər Milli İnstitutunun direktoru Entoni Fauçi qeyd edib ki, ilk təcrübələri 80 könüllü üzərində aparacaqlar.

İlkin sınaqların məqsədi vaksinin tətbiqi nəticəsində yaranan proqnozları yoxlamaqdır. Uğurla nəticələnəcəyi təqdirdə 2017-ci ilin əvvəlinə vaksinin effektivliyinin sınaqlarına başlanacaq.

Direktor ABŞ-da Zika virusuna yoluxanların sayının artacağının gözlənildiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə