Şok iddia: Saqqız beyinə gedən qanı artırır

Şok iddia: Saqqız beyinə gedən qanı artırır

Bəzən ictimai yerlərdə istifadəsi mədəniyyətsizlik sayılan saqqız sən demə, insan sağlamlığı üçün çox faydalı imiş. Saqqızın yaranma və istifadə tarixi çox qədimlərə dayanır belə ki, qədim Roma və Yunanıstanda saqqızdan istifadə edilib. İlk olaraq 1848-ci ildə Jhon Curtis tərəfindən satılmağa başlayan saqqızın patenti 2 il sonra William Finely Semple tərəfindən alınıb.

Lakin ilk təkmilləşdirilmiş saqqız 1869-cu ildə Tomas Adams tərəfindən hazırlanıb. Günümüzdə vitrinlərin əvəzedilməzlərindən olan saqqızın aşağıdakı faydaları var:

- Saqqız iştahanı azaldır və arıqlamağa kömək edir.

- Gərginliyi azaldır ki, bu da stress zamanı çox yeyənlər üçün xeyirdir.

- Kalori itkisinə səbəb olur. Araşdırmalar göstərir ki, saqqız çeynəmək saatda 11 kalori itkisinə səbəb olur.

- Beyinə gedən qanı artırır. "Appetite" jurnalının araşdırmalarına əsasən, saqqız həm də yaddaşı möhkəmləndirir.

- Ağız və diş sağlamlığı üçün əvəzolunmaz vasitədir. Ağızı bakteriyalardan qoruyur, diş çürüməsini əngəlləyir, dişin mina qatındakı problemləri aradan qaldırır.

Bütün xəbərlər Facebook səhifəmizdə