Şotlandiyalı ər-arvad 5 funta stul aldılar, 5 minlik cəvahirat qazandılar
Şotlandiyanın Biqqar şəhərindən olan ər və arvad əsl xoşbəxtlik dövrünü yaşayırlar. Məsələ burasındadır ki, bu ər və arvadın 5 funta aldıqları stuldan 5 min funt dəyərində cəvahirat tapıb. "The Daily Telegraph" qəzeti yazır ki, Milner-Braun cütlüyü stulu on il əvvəl auksionda alıb. Cütlük o vaxt stula təzə üzlük çəkməyə imkanları olmadığı üçün onu evin çardağına qoyublar. Sonradan cütlük stula təzə üzlük çəkmək istədikdə üzərində brilyant qaşlar olan üzük və sırğa tapıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB