Protezlərin hazırlanmasında artıq bu maddədən istifadə olunacaq

Protezlərin hazırlanmasında artıq bu maddədən istifadə olunacaq

ABŞ-ın Rays Universitetinin tədqiqatçıları protezlərin hazırlanması zamanı istifadə olunacaq, müvafiq sahədə geniş tətbiq edilə biləcək, möhkəmliyi ilə seçilən yeni maddə icad ediblər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu material yüksək temperaturda qızıl və titanın 3:1 nisbətində yaradılan ərintidir. Möhkəmliyinə görə adi titanı dörd dəfə üstələyən bu ərintini alimlər almaz örtüklü həvəngdəstə və dişcik vasitəsilə xırdalaya bilməyiblər. Bundan başqa, ərinti canlı hüceyrələr üçün zərərsizdir.

Alimlərin bildiriblər ki, yeni materialın bütün potensialı hələ tam müəyyənləşdirilməyib, lakin onun müxtəlif protezlərin yaradılması zamanı titanı əvəzləməsi üçün cəlbedici olması şübhə doğurmur. Yeni ərsəyə gələn materialın istehsalı nisbətən sadədir. Professor Emiliya Morosan diqqətə çatdırıb ki, ərintinin tətbiq edilə biləcəyi daha bir sahə qazma sənayesidir. Həmçinin material müxtəlif idman mallarının istehsalında da istifadə oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə