Gülən insanların səhhətinin daha yaxşı olduğu, gülməyin stress hormonlarını azaldıb immunitet sistemini gücləndirdiyi məlumdur. Amerikada aparılan araşdırmalar zamanı məlum olub ki, gülmək yaddaşı da gücləndirir. Loma Linda Universitetinin alimləri yaşlıların onları güldürən hadisələri və mövzuları daha çox yadda saxladıqlarını deyiblər. Mütəxəssislər təcrübədə iştirak edən şəxslərin yarısına komediya filmi seyr etdiriblər, bəzilərindən isə səssiz oturmalarını istəyiblər. Daha sonra hər iki qrup üçün yaddaş testi keçirilib. Komediya filmi izləyənlərin yaddaşının daha güclü olduğu, stress səviyyəsinin isə aşağı olduğu məlum olub. Mütəxəssislər əsəsən yaşlı adamlara daha çox gülməyi, beləliklə də yaddaşsızlıq problemindən uzaq durmağı tövsiyə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB