Alimlər: Müntəzəm lobyalı yeməklər yeyənlər həmişə mülayim xasiyyətli və sakitdir

Alimlər: Müntəzəm lobyalı yeməklər yeyənlər həmişə mülayim xasiyyətli və sakitdir

Çeşidindən asılı olmayaraq, lobya çox faydalı və dadlıdır. Lobya tərkibinin zənginliyi ilə əti əvəz edir. Baxmayaraq ki, ət heyvan, lobya isə bitki mənşəlidir. Zülal, vitamin və mikroelementlər tərkibinə görə ət və lobya çox oxşardır. Tez doyma hissi lobyanın tərkibindəki çoxlu miqdarda olan zülal sayəsində əmələ gəlir. Bundan başqa onun tərkibində karbohidrat, amin turşuları, B qrup vitaminləri və C vitamini, mineral maddələr, natrium, kalium, kalsium mövcuddur. Alimlər təsdiqləyir ki, müntəzəm olaraq lobyalı yeməklər yeyən insanlar həmişə mülayim xasiyyət və sakitdir-axı lobya sinir sisteminə faydalı təsir göstərir. Bundan başqa o, orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır. Termiki emal və konservləşdirmə zamanı lobya öz faydalı keyfiyyətlərini itirmir. Konservləşdirmə zamanı onun tərkibində 70%-ə qədər vitamin və 80%-ə qədər mineral maddə qalır. Lobyanın konservləşdirilməsi nahaqdan tətbiq olunmur. Yaşadığımız sürət əsrində lobyadan tez bir zamanda ən sadə yeməyi belə hazırlamaq çox çətindir. Axı onu əvvəl soyuq və qaynadılmış suda təxminən 1 sutka və suyunu hər 5-6 saatdan bir dəyişərək saxlamaq və sonra 1,5 saat saatdan az olmayaraq qaynatmaq lazımdır. Bu səbəbdən də konservləşdirilmiş lobya daha əlverişlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə