Alimlər: Yer üzündə ən çox yaşamaq şansı olan canlı gənədir

Alimlər: Yer üzündə ən çox yaşamaq şansı olan canlı gənədir

Alimlər güclü elektron mikroskop vasitəsilə apardıqları tədqiqat zamanı Yer üzünün ən çox yaşamaq qabiliyyətinə malik olan canlısını aşkarlayıblar.

Bu, "Haemaphysalis flava" növlü gənədir. Alimlər müəyyən ediblər ki, bu buğumayaqlılar hətta vakuuma düşdükdən sonra da məhv olmurlar. Bundan başqa, mütəxəssislər bu növdən olan gənələrin elektron mikroskopun uzunmüddətli şüasına dözümlülüyünü də müəyyənləşdiriblər.

Tədqiqat zamanı gənələr yarım saat vakuuma salınıb və elektron mikroskopla şüalandırılıblar. Vakuumun və şüanın təsirindən gənələr güclü zədə alıb və hərəkətlərini dayandırıblar. Normal şəraitə düşdükdən sonra isə fəal həyat əlamətlərini göstərməyə başlayıblar. Vakuumda mikroskopun şüası altında yarım saatlıq gəzintidən sonra "Haemaphysalis flava" gənəsi daha iki gün yaşaya bilib. Alimlərin fikrincə, gənələrin məhvinə vakuum deyil, elektron mikroskopun şüası səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə