"Lancet" həftəlik tibb jurnalı hər il 5.3 milyon insanın yetərincə fiziki hərəkətlər etməməsi səbəbindən öldüyünü yazır. Xarici KİV-lər yazırlar ki, araşdırmaya əsasən, ürək-damar sistemi xəstəliklərinin 6, diabetli şəkərin 7, döş və qalın bağırsaq xərçənginin 10 faizinə səbəb hərəkətsizlikdir. Bu, siqaret və piylənmənin yaratdığı təhlükəyə bərabərdir. Tədqiqatın nəticələrinə görə, 15 yaşdan yuxarı hər 10 nəfərdən 3-ü yetərincə hərəkət etmir. 13-15 yaş arası uşaqların isə 4/5-i lazımi qədər aktiv deyillər. Alimlər bildiriblər ki, hər yerə avtomobillə getmək, davamlı olaraq televiziya və ya kompyuter qarşısında oturmaqdansa, hər həftə 150 dəqiqəlik gəzinti, velosiped sürmə və ya bağ-bostan işləri daha faydalıdır.
Araşdırmada deyilir ki, ən az hərəkət edənlər yüksəkgəlirli ölkələrdə yaşayanlardır. Onlar arasında ən pis vəziyyət isə İngiltərədədir. Burada böyüklərin 2/3-si yetərincə hərəkət etmir. Araşdırma 9 ölkədə aparılıb. Bəlli olub ki, Bosniya-Herseqovinada ölümlərin 9, Xorvatiyada 6.3, İranda 9.9, İraqda 15.6, Qazaxıstanda 8.4, Pakistanda 10.8, Rusiyada 5.6, Serbiyada 18.2, Ukraynada isə 4.9 faizi hərəkətsizlikdən baş verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB