Gündəlik həyatımızın bir parçası olan duz insan orqanizmi üçün çox faydalıdır. Duz bədənin turşu-qələvi tarazlığını qoruyur. Təzyiqi aşağı xəstələrə duzlu yemək və içki verilərək təzyiq yüksəldə bilir. Süfrə duzu sidik əmələ gəlməsini təmin edir. Sidik yaranmadan isə maddələr mübadiləsinin təhlükəli son məhsulları çölə atıla bilməz. Duz eyni zamanda antiseptik, yəni mikrob öldürücüdür. Qidaların saxlanmasında, şoraba və duzlamalarda istifadə edilə bilər.
Duzun gündəlik yediyimiz qidalarda çox istifadə edildiyi zaman insana zərər verə, yüksək qan təzyiqinə, ürək-damar xəstəliklərinə gətirib çıxara bilər. Həddindən artıq duz istehlakı orqanizmdən kalsiumun çıxarılmasını sürətləndirir. Sümüklərsə kalsium itkisinə, kövrəkliyə gətirir. Kalsium itkisi sümük əriməsi (osteoporoz) və sümüklərin qırılma riskini artırır.
Pəhriz saxlayan şəxslərin duz istehlakına diqqət etməsi vacibdir. Çünki çox duz bədəndə maye toplanmasına gətirib çıxarır və bu vəziyyət adamda şişkinlik hissinə səbəb ola, həmçinin hamilə qadınlarda sağlamlıq problemləri törədə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB