İtaliyalı professorlar: Qəhvə iç, xərçəngdən uzaq ol

İtaliyalı professorlar: Qəhvə iç, xərçəngdən uzaq ol

İtaliyanın Milano Universitetinin professorlarının apardıqları araşdırma nəticəsində məlum olub ki, gündə 3 fincan qəhvə içən adamların qaraciyər xərçənginə tutulma ehtimalları digərlərinə nisbətən 50 faiz daha azdır. Araşdırmada qəhvənin qaraciyər serozu riskini azaltdığı da məlum olub. Araşdırmaların nəticələri "Clinical Gastroenterology and Hepatology" adlı jurnalda yayımlanıb. Araşdırmanı aparan professor Karlo La Vecchia jurnalistlərə verdiyi müsahibədə bildirib ki, qəhvə qaraciyər xərçəngini yaradan diabet xəstəliyinə qarşı da mübarizə aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə