ABŞ-ın Kaliforniya ştatındakı Buk Yaşlılıq Araşdırmalar Universitetinin professorları genlərini dəyişdirdikləri Ceonorhabditielegans cinsli qurdların ömürlərini 5 dəfə artırmağı bacarıblar. Alimlər qurdların genlərinə edilən dəyişiklikləri insanlar üzərində tətbiq edərək onların da ömrünü 5 dəfə uzadacaqlarını düşünürlər. Araşdırmanı aparan professor Pankaj Kapahi yaşlanma faktorunun yalnız genlərlə deyil, genlər arası əlaqədən asılı olduğunu deyib. Kapahi qurdların genlərini dəyişdirərək ömürlərinin uzadılmasının insanlara tətbiq edilməsini yeni dövrün başlanması kimi dəyərləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB