Uzun müddətdir netbook kimi kabelsiz internet bağlantısı ilə istifadə olunan daşına bilən elektrik cihazlarının sonsuzluğa yol açıb-açmadıqlarına dair müzakirə edilirdi. Məlumatlara görə, qucaqda istifadəsi olduqca məşhur olan bu daşına bilər mobil cihazların çıxardıqları istilik kişilərin orqanizminə mənfi təsir göstərir. Eyni zamanda internet əlaqəsi səbəbi ilə yayılan elektromaqnit dalğalanmalar sonsuzluğa səbəb olur. Uşaq sahibi olmayan cütlərin yarısından çoxunda kişilərin payı olduğunu göstərən araşdırmalar kişilərin və qadınların reproduktiv orqanlarının yaxınlığında olacaq bu tip laptop və bənzər cihazların mümkün olduqca uzağa qoyulmasını və mümkünsə internetə kabel vasitəsilə qoşulmasını təklif edir. Qadınlarda isə yumurtanın meydana gəldiyi rəhm bölgəsinə yaxın istilik və elektromaqnit dalğa qaynaqlarının yumurta üzərində mənfi təsirlərinin olduğu bilinir. Ancaq qadınların artıma orqanları kişilərə nəzərən daha bədən içlərində qaldığından qadınlardakı risk faktoru kişilərdəki qədər yüksək deyil. Uşaq sahibi olmağı düşünən kişilərin bu istəklərini reallaşdırmadan əvvəl dizüstü və mobil cihazlardan uzaq dayanaraq kabelli internet və masaüstü kompüter istifadəsinə keçmələri meydana gələ biləcək sonsuzluq problemlərinin riskini ciddi nisbətdə azaldır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB