Çox düşünmək yaddaşı zəiflədir...

Çox düşünmək yaddaşı zəiflədir...

İngiltərədə aparılan bir araşdırmaya görə, çox düşünən insanların yaddaşı zəif olur. Bu adamlar digərləri ilə müqayisədə daha tez depressiyaya düşürlər. Aparılan təcrübələr zamanı elm adamları insanların hansısa bir mövzuda qərar verərkən nə qədər düşündüyü ilə bağlı beyinin hansı hissəsinin daha çox fəal olduğunu araşdırıblar. Verdikləri qərarlardan əmin olan və üzərində təkrar-təkrar düşünməyən adamların beyinlərinin düşüncə ilə bağlı hissəsi sayılan ön hissədə daha çox hüceyrələr var. Qərarları və həyat haqda dəqiq düşünə bilməyən insanların beyinlərinin ön hissələrində hüceyrələrin sayı isə digərləri ilə müqayisədə xeyli azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə