Facebooka aludəçilik kredit kartı borclarını artırır?

Facebooka aludəçilik kredit kartı borclarını artırır?

Kolumbiya Biznes Məktəbi və Pitsburq Universitetinin ortaq araşdırmasına görə, sosial şəbəkədən istifadənin artımı istifadəçilərin bədən kütlə indeksini pozur və kredit kartı borclarını artırır. İstehlakçı davranışları üzrə mütəxəssisləşən "Consumer Research" jurnalının son buraxılışında yer alan araşdırmada göstərilib ki, facebookdakı yoldaşlarını tez-tez təqib edən istifadəçilərin ani olaraq özünə inamı artır. Bu artım istifadəçinin özünə nəzarətini azaldır və sosial şəbəkədə daha çox vaxt keçirdiyi üçün bədən kütlə indeksi və kredit kartı borcları artır.

Bədən kütlə indeksinin pozulmasına səbəb isə sosial şəbəkəyə aludə olan şəxsin qidalanmasına lazımi qədər önəm verməməsidir. Amma sosial şəbəkədən asılılıq ciddi xəstəlik sayılır və insanı bu asılılıqdan qurtarmaq siqaret, narkotik kimi digər zərərli vərdişlərdən xilas etmək qədər çətindir.

Bütün xəbərlər Facebook səhifəmizdə