Kişilər əsəbiləşəndə kök qadınları sevir

Kişilər əsəbiləşəndə kök qadınları sevir

Kişilər stressli olduqları zaman kök qadınları daha çox cazibədar hesab edirlər. İngiltərədəki Vestminster Universitetinin alimlərindən Viren Svaminin rəhbərliyi ilə baş tutan və nəticələri "PLoS One"da yayımlanan araşdırmada göstərilib ki, Avropa ölkələrindən gələn təcrübələr iki qrupa ayrılıb. Bir qrupdan, stress mühiti meydana gətirə bilmək üçün münsif qarşısında çıxış etmələri və riyaziyyat sualları həll etmələri istənilib. Qısa bir aradan sonra onlara arıq və kök qadınlara aid fotoşəkil çəkərək göstərilib.

Ardınca isə ideal bədəni, eyni zamanda ən cazibədar qadın fotoşəkilini seçmələri tələb edilib. Nəzarət qrupuna isə fotoşəkillər stress mühiti olmadan göstərilib. Stress altındakı kişilər digər qrupdan daha çox kök qadınları bəyəndiklərini deyib. Ən cazibədar olaraq da kök qadınları seçib.
Elm adamları seçimdə stress vəziyyətinin təsirli olduğunu bildirib. Alimlər insanların stress altında ikən etibarlı olma ehtiyacının artdığını, eyni zamanda kök qadınların qida, sağlamlıq və törəməyi simvollaşdırdığını deyib. Seçim məhz bu səbəbdəndir.

Bütün xəbərlər Facebook səhifəmizdə