Aparılan bir araşdırmaya görə, cib telefonları beyindəki doyma hissini yox edərək şişmanlığa səbəb olur. Türkiyənin Qazi Universiteti Tibb Fakültəsi araşdırmaçıları müəyyənləşdiriblər ki, cib telefonlarındakı elektromaqnit sahə beynin yemək yeyərkən doyma hissini verən MSH adlı hormonda azalmaya səbəb olur.
Buna görə də cib telefonunun yaydığı şüalara müəyyən müddət məruz qalanda, yemək yeyərkən ''doyma'' duyğusu normaldan daha gec inkişaf edir. Toxluq hissinin gecikməsi sayəsində isə fasiləsiz yemək ehtiyacı şişmanlığa səbəb olur. Təcrübə öncə heyvanlar üzərində aparılıb. Heyvanların aclıq-toxluq hormonlarından ortaya çıxan dəyişikliklər onların çəkisinə təsir edib. Təcrübə zamanı heyvanlarının bir qrupuna bir ay boyunca 1800 MHz, ikinci qrupa bir ay boyunca 2100 MHz, üçüncü qrupa isə iki ay ərzində 2100 MHz radiofrekans tətbiq edilib. Nəticədə daha çox şüaya məruz qalan heyvanlarda doyma hissi azalıb. Doyma hissi azaldığı üçün isə onlarda fasiləsiz yemək ehtiyacı özünü göstərib. İş nəticələri elm dünyasına ilk dəfə təqdim olunub və bu, beynəlxalq jurnallarda nəşr olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB