Bu ilin ilk "El-Klassiko"su dekabrda keçiriləcək

Bu ilin ilk  "El-Klassiko"su dekabrda keçiriləcək

Futbol üzrə İspaniya La Liqasında 2016/2017 mövsümünün püşkü atılıb. İspaniyada nəşr olunan "Marca" qəzeti yazır ki, La Liqada yeni mövsüm avqustun 21-də start götürəcək. İlk turda son çempion "Barselona" evdə "Betis"lə, "Real" (Madrid) isə səfərdə "Real Sosyedad"la qarşılaşacaq. Mövsümün ilk "El-Klassiko"su bu ilin dekabrında keçiriləcək. Dekabrın 3-də "Barselona" evdə "Real"ı qəbul edəcək. Bu komandalar arasında ikinci görüş gələn il, aprelin 23-də Madriddə keçiriləcək.

La Liqada ilk turun cütlükləri belədir:

"Real Sosyedad" - "Real" (Madrid)

"Malaqa" - "Osasuna"

"Sevilya" - "Espanyol"

"Qranada" - "Vilyareal"

"Valensiya" - "Las Palmas"

"Deportivo" - "Eybar"

"Barselona" - "Betis"

"Sportinq" (Xixon) - "Atletik" (Bilbao)

"Atletiko" (Madrid) - "Alaves"

"Selta Viqo" - "Leqanes"

Bütün xəbərlər Facebook səhifəmizdə