Amerikanın Florida Universitetinin alimləri ilginc araşdırma aparıb. Ölkə miqyasında aparılan araşdırmanın nəticələrinə görə, siqaret çəkənlərin 11.9 faizi yuxuya getməkdə çətinlik çəkir. Bundan başqa, amerikanların 10.6 faizinin yuxusu bölünür, 9.5 faizi də səhərin ilk saatlarında oyanırlar. Siqareti atanların yuxusunda isə keyfiyyət artımı özünü göstərir. Alimlər həmçinin müəyyənləşdirib ki, çəkilən hər siqaret yuxudan 1.2 dəqiqə "oğurlayır". Xatırladaq ki, araşdırma "Psychology, Health & Medicine" jurnalında yayımlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB