Xurma Quranda adı çəkilən üç meyvədən biridir. Xurma ekzotik meyvə, şirniyyat, desert, isti ölkələr üçün "səhra çörəyi" və pəhriz ərzağı kimi istifadə edilir. Xurma, ilk növbədə, orqanizmi gücləndirir və ömrü uzadır. Çində qidalarının əsas hissəsini xurma təşkil edən uzunömürlülər var. Xurma ağaclarının böyük hissəsi Səudiyyə Ərəbistanında yetişir. Xurma istehsalı və satışı üzrə dünyada birinci yeri də Səudiyyə Ərəbistanı tutur. Qədim zamanlardan xurma müalicəvi xüsusiyyəti ilə tanınırdı. Belə ki, xurma insana güc, dözümlülük gətirir, kişi potensiyasını artırır. Xurma ürək, böyrək, qaraciyəri möhkəmləndirir, bağırsaqda faydalı bakteriyaların inkişafına yardımçı olur, orqanizmi infeksiyalara qarşı dayanıqlı edir. Xurma, həmçinin anemiya, hipertoniya, döş və ağ ciyər xəstəliklərinə, öskürəyə faydalıdır. Xurma qadınlara hamiləlik, doğuş və uşaq əmizdirmə zamanı xüsusilə faydalıdır. Xurma doğuşu asanlaşdırır, orqanizmin süd hasil etməsinə yardımçı olur. Hazırda ərəblər xurmadan kompot, kisel, müxtəlif qənnadı məmulatları hazırlayırlar. Xurmanı una çevirmək və ondan bal, turşudub dadlı içki də almaq olar.
Bütün xəbərlər Facebook səhifəmizdə