"Barselona" 25 milyon avroya futbolçu transfer etdi

"Barselona" 25 milyon avroya futbolçu transfer etdi

İspaniyanın "Barselona" futbol klubu heyətini gücləndirməkdə davam edir. Katalon klubu daha bir transferi reallaşdırıb. Belə ki, klubun rəsmi saytının verdiyi məlumata görə, Kataloniya təmsilçisi "Lion"dan Samuel Umtitini transfer edib. 22 yaşlı fransalı müdafiəçi ilə 5 illik müqavilə imzalanacaq. İspaniya nəhəngi bu transfer üçün "Lion"a 25 milyon avro ödəyib. Fransa millisinin üzvünün təzminat qiyməti də açıqlanıb. Onu transfer etmək istəyən klublar 60 milyon avrosundan keçməli olacaqlar. Qeyd edək ki, 2011-2016-cı illərdə "Lion"da çıxış edən Umtiti keçirdiyi 131 oyunda 3 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə