Alimlər: şokolad beyinə tiryək kimi təsir edir

Alimlər: şokolad beyinə tiryək kimi təsir edir

Miçiqan Universitetinin (ABŞ) alimləri belə bir qənaətə gəliblər ki, şokoladın cazibə qüvvəsinin sirri onun insan beyninə tiryək kimi təsir göstərməsindədir.

İşlərinin əsas müddəaları Britaniyanın "Deyli Telegraph" qəzetində dərc olunmuş tədqiqatçılar eksperimentlər zamanı müəyyən ediblər ki, şokoladdan istifadə orqanizmin təbii kimyəvi enkefalin birləşməsi hasilatının artmasına səbəb olur. Bu neyropeptidlər morfinə bənzər təsirə malikdir və insanda eyforiya vəziyyəti yaradan endorfinlər qrupuna daxildir.

Tədqiqatın rəhbəri, professor Aleksandra di Feliçiantonio deyib: "Biz müəyyən etmişik ki, şokoladın beyinə təsir mexanizmi tiryəkin və ona bənzər vasitələrin təsiri kimidir. İnsan üçün şokoladın növbəti hissəsini yemək istəyini boğmaq çox çətindir".

ABŞ alimləri şirniyyatı sevənləri narkomanlar üçün hazırlanmış metodikalarla müalicə etməyi məsləhət görmürlər. Amma artıq çəki təhlükəsi yaradan şirniyyata meylliliyi cilovlamaq üçün iradəli olmağa çağırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə