Araşdırmalar göstərib ki, ABŞ-da 1982-ci ildə qadınların 2,4 faizi ana olmaqdan imtina etmişdisə, bu say 1995-ci ildə 6,6 faizə çatıb. Ha-hazırda bu rəqəm daha da yüksəlib. Toronto Universitetində (Kanada) işləyən Devid Fut bu qənaət gəlmişdi ki, cəmiyyətdə ali təhsilli qadınların sayı artdıqca ana olmaq istəyənlərin sayı azalır. Bu fikirlər "child free" terminində əks olunur. Bunun da tərcüməsi "uşaqdan azad olmaq" mənasını ifadə edir. Bu söz əsl qadın humanizmində yad olsa da onun tərəfdarları cəmiyyətdə heç də az deyil.
Bəzi xanımlar gec ana olmaq istəyir, bəziləri isə ümumiyyətlə ana olmağı arzulamır. Belələri hesab edir ki, onların uşaqları böyütmək üçün kifayət qədər səbirləri yoxdur. Uşağın çirkli paltarını yumaq, vaxtında yedizdirmək və onun səs-küyünə qulaq asmaq bu cür düşünən qadınların həyat prinsiplərinə daxil deyilmiş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB