ABŞ-ın Sinsinatti Universiteti sosioloqlarının apardığı araşdırmanın nəticələrinə görə, ərli qadınlar subaylara nisbətən daha çox spirtli içki içir. Kişilərdə isə vəziyyət bunun əksinədir. Belə ki, evli kişilər subaylardan daha az içir.
Mütəxəssislər hesab edir ki, qadınlar ərlərinin içki vərdişlərinə nəzarət edə bilir. Amma kişilərin qadınlar üzərində eyni təsir gücünə sahib olduğunu söyləmək olmaz. Belə ki, işgüzar qadınlar iş saatlarında, bəzənsə axşam saatlarında işgüzar yeməklərdə spirtli içkidən çox istifadə edir. Qadınlar pul qazandıqca isə evdə söz sahibi kimi çəkiləri artır və ərləri onların içki vərdişlərinə çox etiraz edə bilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB