"Neurology" adlı jurnalın yazdığına görə, şişmanlar və yüksək təzyiqdən əziyyət çəkənlərin beyin funksiyası daha tez sıradan çıxır. Jurnal araşdırma çərçivəsində 6000 ingilisin sağlıq durumunu 10 il boyunca təqib edib. Araşdırmaya qatılan 35-55 yaş arasındakı insanlar sistemli olaraq hafizə və sidik testlərindən keçiblər. Sosial xidmətlərdə çalışan bu insanların test nəticələri digər kateqoriyadakı insanlarla üst-üstə düşməyə bilər. Bunu da jurnalın araşdırma qrupu açıqlayıb. Amma ilkin araşdırmalar göstərib ki, xüsusən şişmanlar bədənin digər funksiyalarını daha tez sıradan çıxardığı üçün onlarda belə hala tez-tez rast gəlinir. Beyin funksiyası sıradan çıxan insanlarda isə baş verənləri anlamama, yaddaşsızlıq, özünü idarə edə bilməmə kimi hallar görünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB