Şam yeməyində bundan danışmayın...

Şam yeməyində bundan danışmayın...

İngiltərədə keçirilən bir anket sorğusunda insanlara "Axşam yeməyində ən çox hansı mövzularda danışmağa nifrət edirsiniz" sualı verilib. Araşdırmaya qatılanların 1/3 hissəsi dostları da daxil olmaqla heç kimlə cinsi münasibətləri və xəyanətləri mövzusunda danışmağı sevmədiklərini deyib.

Ümumən anket ingilislərin özəl həyatlarındakı detallarla bağlı danışmağı sevmədiklərini ortaya çıxarıb. Yemək zamanı müzakirəsi sevilməyən mövzular sıralamasında maddi durum (28 faiz), maaş (25 faiz), ailə planlaması (19 faiz), münasibətlər (18 faiz), evin dəyəri (16 faiz), siyasət (13 faiz), ciddi xəstəliklər (9 faiz), din (7 faiz) də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə