Yaponiyada Takamaru Kunişi adlı şəxs təqribən 30 üzüm dənəsindən ibarət olan salxıma 9 min 899 avro pul verib. Belə ki, "Rubi Romans" növündən olan bu üzümün dənəsi 327 avroyadır. Üzüm dənələri masaüstü tennis topu böyüklüyündə olub. Kunişi üzüm dənələrini mağazasına gələn müştərilərə verəcəyini deyib. Qeyd edək ki, Yaponiyada mövsümün ilk məhsulları hərracda yüksək qiymətə satılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB