Bir qrup yapon alimi 2020-ci ildən induksiya olunan gövdə hüceyrələrin (iPS-hüceyrələr) vasitəsilə süni qanın kütləvi istehsalını planlaşdırır. "TASS" agentliyi xəbər verir ki, bu il aprelində "Megakaryon" şirkəti ilk uğurlu nümunələri yarada bilib. Korporasiyanın prezidenti Gendziro Miva Tokio Universitetinin professoru Hiromitsu Nakauti və Kioto Universitetinin professoru Kodzi Əti ilə süni qan yaradılması üzərində işə 2008-ci ildə başlayıb.
Alimlər şikayətlənib ki, tez-tez tibbin inkişafını yeni texnologiyaların kommersiya müstəvisinə keçə bilməməsi ləngidir. Professor Nakauti deyib: "Biz biznes dünyasından kimisə mütləq cəlb etməliyik, əks halda, Yaponiya bu sahədə xarici rəqiblərindən ciddi şəkildə geridə qalacaq".
Tədqiqatçıların fikrincə, əhalinin yaşlanması şəraitində süni qan istehsalı çox vacibdir, çünki potensial donorların sayı kəskin azalıb. Bu texnologiya dünyanın qanköçürmə stansiyalarının təşkili üçün kifayət qədər şəraitin olmadığı regionlarında həkimlər üçün də vacibdir. Hazırda "Megakaryon"un yalnız kiçik həcmdə süni qan istehsal etməyə imkanı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB