Düzgün qidalanma insanı cavanlaşdırır?

Sən demə insanın cavan qalmasının daha bir sirri də onun düzgün qidalanıb-qidalanmamasından asılıdır. "Medvesti.com" saytı xəbər verir ki, ABŞ alimləri 40 yaşlı 20 qadının iştirakı ilə apardığı tədqiqat nəticəsində məlum olub ki, düzgün qidalanma insanın daxili sağlamlığı və zahiri görünüşünü xeyli yaxşılaşdırır.

Araşdırma zamanı könüllülər iki qrupa bölünüb. Birinci qrupdakı qadınlara sevimli ərzaqlarından istifadə etməyə icazə verilib. İkinci qrup qarşısında isə kifayət qədər sərt çərçivələr qoyulub. Bu qrupdakı qadınlar karbohidrat, yağ, şəkər və xolesterini yüksək olan qidalardan imtina etməli olub. Təcrübə bir neçə ay davam edib. Qida məhdudiyyəti görünüşə müsbət təsir göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə