Xaçmaz sakini bağında banan yetişdirir

Xaçmaz sakini bağında banan yetişdirir

Xaçmaz sakini Əhməd Babayev şəxsi təsərrüfatında banan yetişdirir. SİA xəbər verir ki, rayonun Müzəffəroba kəndindən olan təsərrüfatçı artıq 5 ildir həyətyanı sahəsində əkdiyi banan ağaclarına qulluq edir. Ötən illər ərzində zəhmətinin bəhrəsini görməsə də, bu işdən əl çəkməyib. Əhməd Babayev nəhayət bu il becərdiyi bananlardan məhsul əldə edəcəyinə inanır. Bundan əvvəlki illərdə gec çiçək açdığından şimal bölgəsinə xas soyuq hava şəraiti meyvələrin tam yetişməsinə imkan verməyib. Təsərrüfatçı banan yetişdirməyin qaydalarını mükəmməl bilməsə də, ağaclara müəyyən aqrotexniki qulluq göstərir.

Banan ağaclarından oktyabr ayında məhsul götürəcəyini bildirən Əhməd Babayev deyir ki, əgər məhsul əldə olunsa, ağacların sayını artıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə