2020-ci ildə yollarda 10 milyon sürücüsüz maşın hərəkət edəcək
Amerikalıların 66 faizi hesab edir ki, 2036-cı ilə süni intellektlə təchiz edilmiş maşınlar dövrü artıq real olacaq. "Google", "Uber", "Apple", "Tesla" və Çinin "Baidu" şirkəti kimi informasiya texnologiyaları nəhəngləri sürücüsüz avtomobillərin hazırlanması üzərində çalışırlar.
ABŞ-ın "Business Insider" nəşrinin qiymətləndirməsinə görə, 2020-ci ildə artıq 10 milyon sürücüsüz maşın yollarda hərəkət edəcək. "Ağıllı" avtomobilin dəyərinin azalması, həmçinin sürücüsüz nəqliyyatın tətbiqini nizama salan qanunların qəbulu bu bazarın inkişafını təmin edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB