Trampın keçmiş arvadının üzüyü 300 min dollara satıldı

Trampın keçmiş arvadının üzüyü 300 min dollara satıldı

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın başına hadisə gəlib. SİA xəbər verir ki. Daha çox anti-müsəlman siyasətçi kimi tanınan D. Trampın keçmiş həyat yoldaşı Marla Məplsə nişanda hədiyyə etdiyi almaz üzük hərraca qoyulub. Həmin üzük Nyu Yorkda təşkil edilən hərracda 300 min dollara satılıb. Üzüyü telefon vasitəsi ilə hərraca qatılan bir şəxs alıb. Qeyd edək ki, 7,5 karatlıq üzüyün 1999-cu ildə cütlüyün boşanmasından sonra bir kolleksiyaçıya 110 min dollara satıldığı məlumdur.

Bütün xəbərlər Facebook səhifəmizdə