Los Ancelsdə tüklər ürpədən şüşə sürüşkən istifadəyə verilib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Missisipinin ən yüksək binası olan U.S.Bank qülləsində inşa edilən 300 metr yüksəklikdə olan şüşə sürüşkən, minənlərə qorxu dolu anlar yaşadıb. Fırtınaya və güclü zəlzələyə dözümlü olduğu bildirilən "Skysli"də sürüşmək cəmi 4 saniyə sürür. Buna baxmayaraq sınaq üçün sürüşənlər keçirdiyi hisslərinin qorxulu və həyəcanlı olduğunu bildiriblər.
Qeyd edək ki, 360 dərəcə olan sürüşkən tamamilə şüşədən hazırlanıb, qalınlığı isə 3,2 santimetrdir. 13 metr uzunluğu olan sürüşkənə minənlər 70-ci mərtəbədən 69-cu mərtəbəyə qədər enirlər.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB