Yayda dəriyə necə qulluq edək?

Xanımlar bütün fəsillərdə gözəl və təravətli olmağı sevirlər. Xüsusilə qızmar günəşin olduğu yay fəslində xanımlar dərilərinə daha həssas yanaşmalıdırlar. Mütəxəssislərin bu mövsümdə dəriyə qulluqla bağlı bəzi tövsiyələri var.

Piqment ləkələri, qırışlar, quruluq ...

Bunlar yay fəslində əksər xanımların qorunmağa çalışdığı cild problemləridir. Kosmetoloqlar deyirlər ki yay fəslində dəriyə daha ciddi yanaşmaq lazımdır. Çünki yayda isti hava, qızmar günəş dərinin nəm balansının azalması və piqment ləkələri kimi problemləri meydana gətirir. Bu cür problemlərdən qorunma vasitələrini də düzgün seçmək lazımdır.

Nəm balansını qorumaq və təravətini itirməməsi üçün dəriyə qulluğun ən önəmli şərtlərindən biri də bol su içməkdir. Kosmetoloq xanımlara dəri tipini bilmədən hər hansı tövsiyə olmadan internetdən götürülmüş maskalar etməmməyini tövsiyə edir. İlk növbədə kosmetoloqa müraciət edib dəri tipini müəyyənləşdirmək və onun tövsiyələri əsasında masklar etmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə