İndoneziyanın Sulawesi adasında yaşayan yerli xalqın, olduqca qəribə hətta tükürpərdici ənənələri var. Belə ki, onlar ölüləri basdırmır və 4 ay evdə saxlayırlar. "Toraja" adı verilən bu qəbilə cəsədlərlə birlikdə yaşamağı ölüyə hörmət əlaməti olaraq qiymətləndirir.
Qəbilə üzvləri "Formalin" adlı məhlulu cəsədlərə sürtərək onların çürüməsinə maneə olurlar. Ancaq 4 ay sonra "Toraja"lılar ölüləri evlərindən çıxarmağa razı olurlar. Cəsədləri basdırmaq yerinə qəsəbəyə yaxın ərazidə yerləşən böyük daş divarda sərgi şəklində düzürlər.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB