Qara dəlik digər Kainata keçiddir

Qara dəlik digər Kainata keçiddir

"Classical Quantim Gravity" nəşri xəbər verir ki, Portuqaliya alimlərinin iddiasına görə, qara dəliklər digər kainatlara açılan qapıdır.

Kosmik obyekt dəliyə düşən kimi dərhal başqa bir məkana daxil olur. Əvvəllər iddia olunurdu ki, qara dəliklə yaxınlaşma zamanı, məsələn, kosmik gəmi bir daha geri qayıda bilməyəcək və kiçik hissəciklərə parçalanaraq.

Lakin portuqal alimləri sübut ediblər ki, qara dəlik başqa bir kainata keçiddir. Mütəxəssislərin hesabatında bu məsələ ətraflı izah edilir. Son kosmik kəşflər əsasında nisbilik nəzəriyyəsi də yenidən nəzərdən keçirilib. İndi məkan-zaman strukturu və cazibə qüvvəsi anlayışlarına alimlər başqa bucaq altında baxırlar. Hesabat müəlliflərinin sözlərinə görə, dəyişilmiş nisbilik nəzəriyyəsi tamamilə qeyri-ortodoksaldır və elmi ictimaiyyətin dəstəyini almaya bilər. Lakin onlar əmindirlər ki, obyektin qara dəlikdən keçən hissəcikləri bir-biri ilə əlaqəni itirmir və dağılmır, əksinə, oranı birbaşa keçir və başqa məkana daxil olurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə