Hadisə gecə saatlarında olub
Tülkü iş otağına girdi

Hadisə Zərdab rayonunun mərkəzində tülkü iş otağına girib. Hadisə gecə saatlarında olub. Vüsal Rəhimov özünə məxsus kiçik bir studiyada tülkünün otaga necə girdiyini görməyib. Ancaq heyvan içəri daxil olan kimi qorxudan kompüterlərin üstündə o tərəf-bu tərəfə tullanmağa başlayıb.

Bir müddət sonra o tülkünü tutaraq meşə ərazisinə buraxıb. Sakinlər bildirirlər ki, son vaxtlarda rayon ərazisində tülkülər çoxalıb. Hətta toyuq-cücəyə də xeyli ziyan vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə