İsveçin uzaq şimalında yerləşən Kiruna şəhəri böyük problemlə qarşılaşıb. Proqnozlara əsasən, 2050-ci ilədək bu yaşayış məntəqəsinin əksər binaları tikililərin altında yerləşən filiz mədənlərinə çökə bilər.
Şəhər hökumət orqanları mühəndis qrupu ilə birlikdə şəhərin mümkün təhlükə yerindən "sürüşdürülməsi" üzrə böyük layihə təklif edib. Layihəyə əsasən, 18 min əhalisi ilə birlikdə bütün Kiruna şərqə doğru üç kilometr "uzaqlaşacaq". Layihənin təşkilatçıları bütün prosesi 20 il ərzində başa çatdırmaq niyyətindədir.
Qütb dairəsindən şimalda, İsveç Laplandiyasında yerləşən şəhərdə cəmi üç tarixi binanın köçürülməsi planlaşdırılır, digərlərindən isə yeni evlər və infrastruktur obyektlərinin tikintisində material kimi istifadə ediləcək.
Torpağa çökməkdə olan evlərin sahiblərinə iki yol təklif edilib: ya onların daşınmaz əmlakı bazar qiymətinə 25 faiz əlavə olunmaqla alınır, ya da onlara şəhərin yeni hissəsində pulsuz yeni mənzil verilir. Layihə təşkilatçılarının fikrincə, şəhəri köçürmək "adamların ağlını köçürmək"dən çətin olmayacaq.
Mədən işlərinin fəsadlarına baxmayaraq, köhnə Kirunada dəmir filizinin çıxarılması davam etdirilir. Məqsəd şəhər iqtisadiyyatına ziyan vurmamaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB