Balinaların kütləvi intiharı

Meksika sahillərində onlarla balina kütləvi şəkildə intihara cəhd edib. Nəhəng heyvanların sahilə çıxması barədə məlumat əldə edən müvafiq qurumların əməkdaşları əraziyə cəlb olunub. Təhlükəsizlik əməkdaşları və könüllülərdən ibarət 10-larla şəxs balinaları xilas etmək üçün xeyli səy göstərib.

Bütün cəhdlərə baxmayaraq kütləvi intiharın qarşısını almaq mümkün olmayıb. Xilasedicilər yalnız bir neçə balinanı yenidən suya qaytarmağa müvəffəq olub. 24 balina isə tələf olub. Tələf olan balinaları sudan çıxarmaq xeyli vaxt aparıb.

Qeyd edək ki, balinaların kütləvi intihar etməsi son vaxtlar geniş vüsət alıb. Təkcə cari mövsümdə yüzlərlə balina naməlum səbəblərdən tələf olub. Elm adamları onların niyə kütləvi şəkildə intihar etdiyinə dəqiq izah tapa bilmir. Maraqlısı budur ki, əksər hallarda balinalar xilas edildikdən sonra yenidən sahilə çıxaraq intihar edir.

Məlumata görə, balinalar suda üzərkən istiqaməti müəyyənləşdirmək üçün başının ön hissəsindən elektromaqnit dalğalar göndərir. Lakin bəzən gəmilərin hərəkəti və ya suda baş verən digər proseslər üzündən balinaların elektromaqnit dalğalar sistemi pozulur. Nəticədə bu onların sahilə çıxıb tələf olmasına səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə