Taxta evi çiyinlərinə alıb daşıdılar. Taylandda lentə alınan bu görüntülər maraqla qarşılanıb. Məsələ burasındadır ki, sakinlərdən birinin evi sel təhlükəsi ilə üzləşib. Yaşayış məskənini baş verə biləcək təhlükədən xilas etmək üçün yerini dəyişmək şərt olaraq ortaya çıxıb. Bunun üçünsə ev sahibinin köməyinə qonşuları gəlib. Birləşərək böyük taxta evi çiyinlərinə alan qonşular onu başqa istiqamətdə yerləşdiriblər.Daşınma zamanı heç bir təhlükəsizlik qaydalarına əməl etməyən şəxslər, bununla həyatlarını da təhlükə atına atıblar.
Qeyd edək ki, bu Taylandda yaşanan ilk belə hadisə deyil. Bu ölkənin sakinləri sel və ya torpaq çökməsi təhlükəsinə qarşı tez-tez belə addımları atmaq məcburiyyətində qalırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB