Məşhur amerikalı plastik cərrahlar 48 şəxsi bu problemdən xilas etmək istəyir
"Həyatımı daha şux, daha gözəl etmək istəyirdim. Bunun üçün də plastik cərraha müraciət etdim. Nə biləydim ki, o, fırıldaqçıdır və həyatımı cəhənnəmə döndərəcək". ABŞ-ın Florida ştatında yaşayan Raci Narinesinqh belə deyir. O, 10 il əvvəl üzündə plastik cərrahiyyə əməliyyatı aparmışdı. Lakin bu əməliyyat zamanı onun yanaqlarına, çənəsinə və dodaqlarına sement vurulmuşdu. Nəticədə Raci indi eybəcər hala düşüb.
Məşhur amerikalı plastik cərrahlar Terri Debrou və Pol Nassif 48 şəxsi bu problemdən xilas etmək üçün bir neçə cərrahiyyə əməliyyatından ibarət kursa başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB