Çinin Xunan əyalətində əlində 15, ayağında isə 16 barmağı olan uşaq dünyaya gəlib. SİA-nın məlumatına görə, CNN qeyd edir ki, bunlarla yanaşı, körpənin hər əlində iki ovucu var.
Artıq uşağın valideynləri internet istifadəçilərinə cərrahiyyə əməliyyatı üçün 30 min dollara ehtiyacları olduğu ilə bağlı müraciət ediblər. Bu məlumatı oxuyub-kömək etmək istəyənlər isə hələlik 6 mindən yuxarı dollar toplaya bilibər. Valideynlər də deyirlər ki, maddi yardım artmaqda davam edir.Ancaq maraqlı məqamlardan biri də budur ki, körpənin anasında da bənzər hal müşahidə olunur. Onun həm əlində, həm də ayağındakı barmaqlarının sayı 6-dır.
Tibbdə buna polidaktiliya-anatomik geriləmə deyirlər. Bənzər hallar 5 min uşaqdan birində müşahidə edilir. Adətən, əlavə barmaqlar hələ körpə olarkən ambutasiya olunur.
Bu kimi hallara məşhur insanlarda da rastlanıb. Opra Uinfi və Hell Berri çoxbarmaqlı insan kimi tarixə düşüblər. Rekord isə Hindistandan olan Akşat Saksenə məxsusdur. Onda ümumilikdə 34 barmaq olub –hər əlində yeddi, hər ayağında isə on barmaq.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB