Dünyanın ən böyük lacivərd rəngli brilyantı olan "Argyle Violet" illik Rio Tinto çəhrayı almazlar sərgisində nümayişə çıxarılacaq. SİA "interfax.ru"ya istinadən xəbər verir ki, lacivərd rəngli nadir almaz 2015-ci ilin avqustunda Qərbi Avstraliyada "Argyle" şirkətinə məxsus yataqda aşkar olunub. Xam almazın çəkisi ilk öncə 9,17 karat olub, lakin üzərində çoxsaylı çatlar və cızıqlar olduğuna görə, onun cilalanmasına qərar verilib. Cilalandıqdan sonra brilyantın çəkisi 2,83 karat müəyyənləşdirilib.
"Kifayət qədər nadir Argyle Violet brilyantına gözəlliyinə, ölçüsünə və yarandığı yerinə görə çox yüksək qiymət veriləcək"-deyə "Rio Tinto Diamonds"un satış üzrə baş meneceri Patrik Koppens bildirib.
Qiymətli daşın dəyərləndirilməsi hələ ki, baş verməyib: hazırda o ABŞ-ın Hemmologik institunda (GİA) qiymətləndirilmək üzrədir. Barilyantın dəqiq rəəngi isə bu cür müəyyənləşdirilib – "fantastik dərin bozumtul mavi-lacivərd". Bu kimi təbii rəng dünyada kifayət qədər nadirdir. Ekspertlər isə deyirlər ki, qiymətli daşın hər karatına 1-2 milyon dollar təklif edilə bilər.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB