Tacikistan hakimiyyəti prezident Emoməli Rahmonun soyadlardakı slavyan sonluqlardan imtina edilməsi haqda təşəbbüsünü dəstəkləyib. SİA Tacikistanın "Avesta" agentliyinə istinadən xəbər verir ki, bunu Respublika Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin rəis müavini Caloliddin Rahimov jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Belə ki, aprelin 29-dan etbarən dünyaya gələn körpələrə Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsində tacik sonluğu ilə soyadlar yazılacaq. Dəyişikliklərə əsasən, "-zod", "-iyn", "-fər", "-pur" və başqa bu kimi soyad sonluqları qəbul edilə bilər. Öz övladlarına "-ov", "-yev" kimi soyad sonluqları götürmək istəyən valideynlərlə profilaktiki söhbətlər aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB