Fərqli istiqamətlərə aldanmayın

Qoç - yeni münasibətlər yaxın ətrafınızdakı insanlarla bağlı hadisələri aktivləşdirəcək. Ünsiyyət, görüş, danışıqlarla bol gündür. Lakin ciddi müzakirələri məhdud dairədə, üzbəüz aparın.

Buğa - emosional, aktiv hərəkətlər tələb olunan vaxtdır. Gözləntiləriniz böyük olsa da, səbrli olun. Maliyyə maraqlarınızı ön plana çəkin. Alış-verişdə bahalı heç nə almayın. İstəklərinizi konkretləşdirin, sonra həmin məqsədin reallaşdırılması yollarını düşünün.

Əkizlər - xüsusi planlarınız varsa, onları günün ilk yarısında gerçəkləşdirməyə çalışın. Günün ikinci yarısında isə sakitliyə nail olun. Energetik fon yüksək səviyyədədir. Çoxlu faydalı iş görərək maraqlı nəticələr əldə edə bilərsiniz. Dostla planlaşdırılmamış görüş, evə qonaqların gəlişi mümkündür.

Xərçəng - müxtəlif istəklər və arzular sizi fərqli istiqamətlərə yönləndirə bilər. Halbuki başa çatdırmalı olduğunuz iş, əvvəl yarımçıq qoyduğunuz məqam var. Münasibətlərdə ünsiyyət nüansları və incəliklər xüsusi əhəmiyyət kəsb edəcək. Tələsməyin. Şərait sizin üçün əlverişli istiqamətdə inkişaf edir. Səbrli olun, müşahidələri zəiflətməyin.

Şir - tələskənliyin olmaması, nizam sizə problemlərlə qarşılaşmamağa, həyatınıza gərəkiz əşyalarla insanları daxil etməməyə imkan verəcək. İntriqalarla məşğul olan, münaqişə yaratmaq istəyən insanlarla təmaslardan yayının. Yeniliklə tanışlıq üçün əlverişli gündür.

Qız - münaqişənin təşəbbüskarı olmayın. Gərginlik yarada biləcək məsələlərin dərinliyinə varmayın, gizli mübarizənin aparıldığı problemə qatılmayın. Önəmli məsələni sakit şəraitdə də həll etmək olar. Emosiyalarınızı təhlükəsiz səviyyədə saxlayın, iş yoldaşı və ya tərəfdaşı tənqid etməyin, tələsdirməyin.

Tərəzi - hadisələrin verdikləri mesajları izləyin, təmkini pozmayın. Qəfil yardım və ya işin öhdəsindən daha yaxşı gəlməklə bağlı məsləhət ala bilərsiniz. Dostlarınızla əylənmək şansı var. İşdə rəhbərlikdən uzaq durun. Günün ilk yarısında borcları qaytarın, vədləri yerinə yetirin. Mümkün qədər çox işi bitirin.

Əqrəb - ideya, unikal həll, problemlərin yaradıcı həlli baxımından gün məhsuldar ola bilər. İş və ailə maraqlarının toqquşduğu anda çətin vəziyyət yarana bilər. Amma belə vəziyyət münasibətlərdəki zəif bəndləri üzə çıxaracaq.

Oxatan - düşünülməmiş, çılğın hərəkət etməyin. Nəyisə kökündən, dərhal dəyişmək istəyi yarana bilər. Qərar qəbul edəndə bir neçə variant hazırlayın. Variantlar bir-birlərindən çox fərqlənməzsə, eyb etməz. Adi, alışdığınız nəsnələr yeni məqamlar kəsb edəcək. Tələsməyin, əhatənizdə baş verənlərin mənasını düşünün.

Oğlaq - bu gün heç bir mühüm iş görməyin. Nəyisə səhv salacaq, itirəcək, səhv seçim edəcəksiniz. Sizi narahat edən məsələ ilə bu gün baş verəcək hadisə arasında əlaqə var. Emosional marağınız olan görüş və danışıqları təxirə salın. Adi rejimə riayət edin, ənənəvi səlahiyyətlərinizdən kənara çıxan heç nəyi planlaşdırmayın.

Dolça - diqqətiniz dağılmasın, sayıqlığınız azalmasın. Danışıqlar, görüş, sənədləşdirməni təxirə salın. Sabah vəziyyət daha gərgin ola bilər. Alınan informasiya arasında çox faydalı məlumat ola bilər. Günün emosional fonu stabil deyil. Hadisənin məğzinə varmağa çalışın.

Balıqlar - tələsməyin. Səmimilik və niyyətlərinizin qarışıq olmaması güclü emosiyalarla müşayiət ediləcək. Bu isə sizi zəiflədə bilər. Ağıllı, məntiqli eqoizm şəxsi münasibətlərlə yanaşı, işdə karınıza gələ bilər. Əvvəllər başqaları üçün etdikləriniz və səbriniz işlərinizin konkretləşməsi ilə mükafatlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...